...

Bakı Təhsil Məlumat Mərkəzi şənbə günü Bakıda Beynəlxalq Təhsil Yarmarkası keçirib

Cəmiyyət Materials 2 Oktyabr 2010 22:39 (UTC +04:00)
Bakı Təhsil Məlumat Mərkəzi şənbə günü Bakıda Beynəlxalq Təhsil Yarmarkası keçirib.
Bakı Təhsil Məlumat Mərkəzi şənbə günü Bakıda Beynəlxalq Təhsil Yarmarkası keçirib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakı Təhsil Məlumat Mərkəzi şənbə günü Bakıda Beynəlxalq Təhsil Yarmarkası keçirib.

"Onuncu dəfə təşkil olunan təhsil yarmarkasında 20-dən artıq yerli və xarici təşkilat iştirak edir", - Mərkəzin proqramlarının koordinatoru İradə İsgəndərova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sərginin məqsədi Azərbaycanın xaricdə təhsil almaq istəyən gənclərini mövcud olan proqramlar barədə məlumatlandırmaqdır.

Yarmarkada Azərbaycanda təhsillə məşğul olan aparıcı təşkilatlar - ABŞ səfirliyi, ACCELS, İREX, DAAD, The British Council, STİ-Azerbaijan, Newcastle Universiteti (Böyük Britaniya), Lazarski Universiteti (Polşa), Azərbaycan Diplomatik Akademiyası, American University in Bulgaria, AAA, GRBS, AEGEE və s. iştirak edib.

Xəbər lenti

Xəbər lenti