...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göz Xəstəlikləri İnstitutunun həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirib

Cəmiyyət Materials 4 Oktyabr 2010 12:31 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göz Xəstəlikləri İnstitutunun həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müxtəlif xarici ölkələrdə peşə hazırlığı keçmiş yüksəkixtisaslı həkimlər gün ərzində 80 nəfərədək xəstəni müayinə ediblər. Bunlardan 60 nəfəri yaşlı, 20 nəfəri isə yeniyetmə və azyaşlılardır. Aksiya zamanı Bakıdan gətirilmiş müasir avadanlıqlar vasitəsilə müayinə edilən xəstələrdən 4 nəfərinin gözündə cərrahiyyə əməliyyatı aparılıb, 20 nəfərə isə paytaxtda müalicə və əməliyyat olunmaq üçün göndəriş verilib.

Müayinədən keçən xəstələr onlara yüksək səviyyədə xidmət göstərən həkimlərə və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti