...

Azərbaycan Teleradio Şurası telekanalları insanların psixologiyasına təsir edən görüntüləri yayımlamamağa çağırıb

Cəmiyyət Materials 6 Oktyabr 2010 13:50 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalları dəhşətli şəkildə öldürülən və digər səbəblərdən ölən insanların görüntülərini verməməyə çağırıb.
Azərbaycan Teleradio Şurası telekanalları insanların psixologiyasına təsir edən görüntüləri yayımlamamağa çağırıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalları dəhşətli şəkildə öldürülən və digər səbəblərdən ölən insanların görüntülərini verməməyə çağırıb.

"Ölən şəxsin sifətləri, qan cizgiləri göstərilməməlidir. Bu barədə Teleradio Şurasının qəbul etdiyi qaydalar var. Bu qaydaları yerinə yetirmək televiziya kanallarının borcudur. Saat 23:00-a qədər efirdə dəhşətli şəkildə öldürülmüş insanların görüntüləri göstərilməməlidir. Qanla müşahidə olunan, insanların psixologiyalarına təsir edən səhnələr göstərilməməli və yaxud onların görüntüləri məhdudlaşdırılmalıdır", - bunu çərşənbə günü Trend-ə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Məhərrəmlinin sözlərinə görə, bəzən kanallar bilərəkdən və ya bilməyərəkdən ölən şəxsin üzünü göstərir. MTRŞ onlara qarşı mübarizə aparır.

"Əgər davamlı şəkildə efirdə belə hallar bilərəkdən, qəsdən yayılırsa və insan psixologiyasına təsir edən həmin səhnələr göstərilirsə, həmin televiziyaya qarşı cəza tədbiri görüləcək. Cəza birinci xəbərdarlıq, sonra cərimə, son halda lisenziyanın əlindən alınması ola bilər", - Məhərrəmli əlavə edib.

Xəbər lenti

Xəbər lenti