...

Azərbaycanda IV Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilir (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2010 15:41 (UTC +04:00)
Azərbaycanda IV Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi öz işinə başlayıb. Trend-in məlumatına görə, üç gün davam edəcək sərginin təşkilatçısı Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı rəsmi tərəfdaşı "Iteca Caspian" şirkətidir.
Azərbaycanda IV Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilir (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda IV Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi öz işinə başlayıb. Trend-in məlumatına görə, üç gün davam edəcək sərginin təşkilatçısı Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı rəsmi tərəfdaşı "Iteca Caspian" şirkətidir.

Sərginə dünyanın 15 ölkəsindən 96 təhsil müəssisəsi iştirak edir.

Sərginin açılışı zamanı Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, artıq dördüncü ildir keçirilən sərginin iştirakçılarının sayı ilbəil artır. Bu da öz növbəsində Azərbaycanın inkişafından xəbər verir.

Nazir növbəti illərdə sərgiyə Azərbaycanın təhsil müəssisələrinin də cəlb olunması arzusunu dilə gətirib.

"Iteca Caspian"ın direktoru Fərid Məmmədov öz çıxışı zamanı sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, ziyarətçilərə informasiya texnologiyaları, xarici dillər, kulinariya, sənaye texnologiyası və digər sahələrə aid müxtəlif istiqamətlər üzrə 60-dan çox ödənişli və ödənişsiz fakültələr, kurslar və proqramlar təqdim olunur.

"Ümumilikdə sərgidə məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distansion təhsil sistemləri, xaricdə təhsil və tələbə mübadilələri üzrə proqramlar, elmi dərəcə əldə etmək üçün təhsil, işəgötürmə agentlikləri, karyeranın planlaşdırılması və inkişafı üzrə məsləhətlər, fakültativ təhsil və turizm üzrə proqramlar, xarici dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları və kompüterlər təqdim edilir. Bu il ilk dəfə olaraq, Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərinin 14 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupu sərgidə iştirak edir. Sərgi çərçivəsində türk ali təhsil müəssisələrinin birində pulsuz təhsil almaq üçün lotereya tirajı da keçiriləcək", - Məmmədov deyib.

Sərgi Azərbaycanın Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə həyata keçirilir. Sərginin informasiya dəstəyi Trend Beynəlxalq İnformasiya Agentliyinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti