...

Böyük Britaniyada Üzeyir Hacıbəyovun xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2010 16:12 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londonda dahi bəstəkar Üzeyir Hacıbəyovun 125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Böyük Britaniyada Üzeyir Hacıbəyovun xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Böyük Britaniyanın paytaxtı Londonda dahi bəstəkar Üzeyir Hacıbəyovun 125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Trend-in Azəraycanın Böyük Britaniyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, Üzeyir Hacıbəyovun 125 illik yubileyinə həsr olunmuş tədbir oktyabrın 16-da Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzində baş tutub.

Tədbirdə London ictimaiyyəti, Böyük Britaniyanın azərbaycanlı icmasının nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər. Giriş sözü ilə çıxış edən Azərbaycan Evi idarə heyətinin sədri Əli Təkin Atalar görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb, XX əsr Azərbaycan musiqisinin inkişafındakı misilsiz xidmətlərini xatırladıb.

Daha sonra çıxış edən səfir Fəxrəddin Qurbanov Üzeyir bəyin Azərbaycan klassik musiqisinin əsasını qoyduğunu vurğulayıb və onun bir ziyalı kimi fəaliyyətindən söhbət açıb. O, Üzeyir Hacıbəyovun Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli ziyalılardan biri olduğunu qeyd edib, bütövlükdə müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yeniliklərinin məhz onun adı ilə bağlı olduğunu vurğulayıb.

Çıxışın ardınca geniş ekranda Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı, ömür yolundan bəhs edən videotəqdimatlar nümayiş etdirilib. Daha sonra bu ölkədə yaşayan gənc ifaçılar Nəzrin Rəşidova və Ayan Salahovanın ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərindən "Əsgərin ariyası" və Qara Qarayevin əsərlərindən parçalar ifa edilib, Məhəmməd Ənsari və Fərhad Əmirinin ifasında bir sıra musiqi parçaları səsləndirilib.

Xəbər lenti

Xəbər lenti