...

Azərbaycan Avarçəkmə Federasiyası milli komandaya Belarus idmançısını cəlb edib

Cəmiyyət Materials 23 Oktyabr 2010 13:12 (UTC +04:00)
Dünya Çempionatının gümüş mükafatçısı 22 yaşlı Viktoriya Çepikova Azərbaycan milli komandasında çıxış edəcək.
Azərbaycan Avarçəkmə Federasiyası milli komandaya Belarus idmançısını cəlb edib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dünya Çempionatının gümüş mükafatçısı 22 yaşlı Viktoriya Çepikova Azərbaycan milli komandasında çıxış edəcək. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən məlumat veriblər.

Federasiyanın məlumatında deyilir ki, AMAF qadınlar arasında akademik avarçəkmə növünün daha da inkişafı istiqamətində işlərə başlayıb. Bu məqsədlə Viktoriya Çepikova ölkəmizə dəvət olunub. Əvvəllər Belarus milli komandasında çıxış etmiş Çepikova bundan sonra Azərbaycanı təmsil edəcək. Yığmamızın məşqçilər heyəti onun 2 nəfərlik və ya 4 nəfərlik qoşaavarlı qayıqlarda daha yüksək nəticələr göstərəcəyinə ümidlidir.

Çepikova 2005-ci ildən etibarən Avropa və dünya çempionatlarında çıxış edir. O, elə ilk ciddi sınağında yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb. Sonrakı mötəbər yarışların əksəriyyətində əsas finaladək irəliləməyi bacaran Çepikovanın təcrübəsi yerli qadın akademik avarçəkənlərimizin inkişafı üçün də faydalı ola bilər.

Xəbər lenti

Xəbər lenti