...

Azərbaycan Ombudsmanı "Hüquqlar – hamı üçün!" mövzusunda jurnalist yazılarının müsabiqəsini keçirir

Cəmiyyət Materials 26 Oktyabr 2010 14:44 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) elan etdiyi müsabiqə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü və Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunub.
Azərbaycan Ombudsmanı "Hüquqlar – hamı üçün!" mövzusunda jurnalist yazılarının müsabiqəsini keçirir

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı "Hüquqlar - hamı üçün!" mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir.

Ombudsman Aparatının mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) elan etdiyi müsabiqə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü və Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunub.

Müsabiqə üçün yazılar dekabrın 1-dək Ombudsman Aparatına təqdim edilməlidir. Müsabiqəyə ünvanlanmış həmin yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat və bir ədəd fotoşəkil (4x5) göndərməsi mütləq şərtdir.

Xəbər lenti

Xəbər lenti