...

Azərbaycanda insan adlarının yeni siyahısı ictimaiyyətə təqdim olunacaq

Cəmiyyət Materials 2 Noyabr 2010 14:46 (UTC +04:00)
Azərbaycanda insan adlarının siyahısını və etimologiyasını əks etdirən kitab nəşr olunacaq, veb-sayt hazırlanacaq.
Azərbaycanda insan adlarının yeni siyahısı ictimaiyyətə təqdim olunacaq

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda insan adlarının yeni siyahısı ictimaiyyətə təqdim olunacaq.

"Azərbaycanda insan adlarının siyahısını və etimologiyasını əks etdirən kitab nəşr olunacaq, veb-sayt hazırlanacaq", - çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Azərbaycanda insan adlarının qoyulmasında yeni "işıqfor" mexanizmi tətbiq olunacaq. Yeni prinsipə əsasən, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar "yaşıl siyahı"ya salınacaq ki, bu adların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriya adlar - "sarı siyahı" - tövsiyə olunmayan, gülünc doğuran, digər dillərdə yaxşı səslənməyən adlardır ki, bu adları qoyarkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağıracaq. Üçüncü kateqoriya adlar isə "qırmızı siyahı"ya salınacaq ki, bu adların qoyulmasına icazə verilməyəcək. Bu adlar Azərbaycan xalqına qarşı təcavüz törətmiş şəxslərin adları, mənası dilimizdə təhqir ifadəsi verən adlardır.

Azərbaycanda bu günədək yalnız görkəmli jurnalist, yazıçı və publisist Osman Mirzəyevin adların etimologiyasına həsr olunmuş "Adlarımız" kitabı nəşr olunub.

Əliquliyevin sözlərinə görə, nəşrdə Azərbaycanda qeydiyyata alınmış insan adlarının mənası, mənşəyi, ölkədə bu adın daşıyıcılarının sayı, həmin adın ilk dəfə meydana gəldiyi tarix barədə məlumatlar yer alacaq.

Hazırda adların siyahısı Ədliyyə Nazirliyində qeydiyyatdan keçir.

Əliquliyev bildirib ki, bu gün Azərbaycan vətəndaşları adlarla bağlı informasiya mənbəyi tapa bilmirlər. Onun sözlərinə örə, "Adlarımız" kitabında kifayət qədər ad yoxdur. "Hazırda bütün qeydiyyat orqanlarında ən böyük qıtlıq kitabların olmamasıdır", - İnstitutunun direktoru bildirib.

Xəbər lenti

Xəbər lenti