...

MDB ölkələrinin dil və mədəniyyətlər üzrə baza təşkilat statuslu ali məktəblərinin siyahısını genişləndirmək lazımdır – Sergey Lebedev (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2010 15:17 (UTC +04:00)
MDB ölkələrinin baza təşkilat statuslu ali məktəblərinin siyahısını dil və mədəniyyətlər üzrə genişləndirmək lazımdır. MDB-nin icraçı katibi Sergey Lebedev belə hesab edir.
MDB ölkələrinin dil və mədəniyyətlər üzrə baza təşkilat statuslu ali məktəblərinin siyahısını genişləndirmək lazımdır – Sergey Lebedev (FOTO)

Red.əlavəsi: fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 9 noyabr/Trend, müxbir E.Tariverdiyeva/ MDB ölkələrinin dil və mədəniyyətlər üzrə baza təşkilat statuslu ali məktəblərinin siyahısını genişləndirmək lazımdır. MDB-nin icraçı katibi Sergey Lebedev belə hesab edir.

Dillərin öyrənilməsi bərabərlik və qarşılıqlı fəaliyyət, sivilizasiyalar və mədəniyyətlər dialoqu üçün çox vacibdir. Lebedev çərşənbə axşamı Bakıda "MDB və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin dil və mədəniyyət dialoqu XXI əsrdə" VI Beynəlxalq Forumun açılışında deyib.

Forumun təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Moskva Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetidir. 

Lebedev forum iştirakçılarını salamlayaraq, Azərbaycan hökumətinə MDB və ŞƏT ölkələrini əhatə edən belə mühüm və maraqlı forumun keçirilməsində əməyinə görə təşəkkür edib.

Onun sözlərinə görə, dövlət dəsətəyinə arxalanaraq MDB ölkələrinin mədəniyyətlərinin dialoqu getdikcə böyük əhəmiyyət daşımağa başlayır.

"Dilləri bilmək xalqların qarşılıqlı fəaliyyəti üçün vacib alətdir, odur ki, bu məsələyə həm Rusiyada, həm də MDB-nin digər ölkələrində diqqət yetirmək lazımdır", - içraçı katib belə düşünür.

Onun fikrincə, mədəniyyətlərin dialoquna MDB iştirakçı dövlətlərinin gənc nümayəndələrinin cəlb olunması vacibdir.

Tədbir MDB-nin 20 illik yubileyinə həsr olunub və plenar, sessiya iclasları formasında keçiriləcək.

Forumda məşhur siyasi xadimlər, dövlət və icra hakimiyyətinin, nazirlik və idarələrin, elmlər akademiyalarının nümayəndələri, deputatlar, ali məktəb rektorları, MDB ölkələrinin aparıcı alimləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti