...

Azərbaycan Mətbuat Şurası üç qəzetə xəbərdarlıq edib

Cəmiyyət Materials 11 Noyabr 2010 16:53 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası üç qəzetə xəbərdarlıq edib.
Azərbaycan Mətbuat Şurası üç qəzetə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası üç qəzetə xəbərdarlıq edib. Mətbuat Şurasının Mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata əsasən,  Şuranın Şikayətlər üzrə komissiyasının çərşənbə günü keçirilən iclası zamanı komissiya üzvləri Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan İslam Partiyasının "Alma", "Təfəkkür" Universitetinin "Qanun və şah", Quba Dövlət Sosial-İqtisadi Kolleci və Oğuz rayon Maliyyə İdarəsinin "Polit alyans", Şamaxı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin "Müasir zaman" qəzeti ilə bağlı müraciətlərini araşdıraraq rəylər qəbul edib.

"Alma" qəzetinə ciddi xəbərdarlıq olunması rəyinə gəlinib. Rəydə, həmçinin, "Alma" qəzetinin adının Şuranın "qara siyahı"sına salınması üçün əlavə əsasların olub-olmadığının da araşdırılması əksini tapıb.

"Qanun və şah" qəzetinə də ciddi xəbərdarlıq edilib və qəzetin fəaliyyətinin üç aylıq monitorinqinin aparılması haqqında qərar qəbul edilib. Şuranın Katibliyinə monitorinqin yekunu barədə komissiyanı məlumatlandırmaq tövsiyə olunub.

"Polit alyans" qəzetinə də sonuncu xəbərdarlıq edilib və qəzetin fəaliyyətində nə dərəcədə dönüş yaratdığını müəyyənləşdirmək məqsədilə Şura Katibliyinin bu KİV-lə də bağlı 3 aylıq monitorinq aparması məqsədəuyğun sayılıb.

"Müasir zaman" qəzetinin şikayətçidən üzr istəməsi nəzərə alınıb. Komissiya görülmüş tədbirlərin şikayətçi tərəfi qane etdiyini nəzərə alaraq məsələni həll olunmuş sayıb.

Xəbər lenti

Xəbər lenti