...

Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammiti günü hava mülayim olacaq

Cəmiyyət Materials 16 Noyabr 2010 17:20 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, yaxın üç gün ərzində Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammiti günü hava mülayim olacaq

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir T.Hacıyev/

Xəzəryanı ölkələrin prezidentlərinin Bakı sammiti zamanı hava mülayim olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, yaxın üç gün ərzində Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

"Yaxın üç gün ərzində havanın əsasən yağmursuz, gecə və səhər dumanlı və çiskinli olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı və çiskinli olacaq. Gecə saatlarında 9-11, günorta saatlarında isə 16-19 dərəcə isti gözlənilir", - Verdiyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın rayonlarında havanın temperaturu bəzi Aran rayonlarında gecə saatlarında 5-10, günorta saatlarında 14-19 dərəcə, dağlıq ərazilərdə isə gecə 5-9, gündüz 12-16 dərəcə olacaq.

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Sammitdə Xəzəryanı ölkələrin hamısının - Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan - prezidentlərinin iştirakı təsdiqlənib. Bakı sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti