...

Azərbaycanın xalça sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib

Cəmiyyət Materials 17 Noyabr 2010 05:56 (UTC +04:00)
“Azərbaycanın xalçası” sənəti 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu barədə mədəniyyət və turizm nazirliyinin rəsmi vebsaytında yerləşdirilmiş məlumatda bildirilib.
Azərbaycanın xalça sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib

"Azərbaycanın xalçası" sənəti 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu barədə mədəniyyət və turizm nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilib.

Qeyd olunur ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan Qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

Komitənin sessiyasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Ötən illərdə Azərbaycan muğam sənəti, aşıq sənəti və Novruz bayramı da həmin Reprezentativ siyahıya daxil edilməyə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti