...

Azərbaycanın fövqəladə hallar naziri Belarusa səfər edəcək

Cəmiyyət Materials 22 Noyabr 2010 15:46 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 23-də Belarusa səfər edəcək.
Azərbaycanın fövqəladə hallar naziri Belarusa səfər edəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 23-də Belarusa səfər edəcək. Bu barədə "BELTA"nın müxbirinə FHN-in mətbaut xidmətindən bildiriblər.

Səfər zamanı 2006-cı il oktyabrın 17-də Minskdə imzalanmış "2011-2013-cü illər üçün Belarus və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq haqqında" sazişin həyata keçirilməsi üzrə kompleks tədbirlər planının təsdiq ediləcəyi planlaşdırılır. Heydərovun Belarus FHN-in perspektivli elmi işləri, tədrisdə innovasiyalı yanaşma, texnikanın müasir nümunələri, Belarus xilasedicilərinin təchizatı, avadanlıq və döyüş geyimi ilə tanış ediləcəyi nəzərdə tutulub.

FHN-dən dediklərinə görə, göstərilən tədbirlər planı təkcə əməkdaşlığın mövcud istiqamətlərinin inkişafını deyil, eləcə də yeni layihələrin inkişafını nəzərdə tutur. Məsələn, sənaye obyektlərində baş verən qəza nəticəsində əhali üçün riskin qiymətləndirilməsi üzrə birgə tədqiqatlar, iki ölkə mütəxəssislərinin staj keçməsi, təlimi, birgə təlim və s.

Azərbaycan və Belarusun xilasedici nazirlikləri geniş əməkdaşlığa və səmərəli tarixə malikdir. Belarus FHN-in komanda-mühəndis institutunda 200-dən çox azərbaycanlı müdavim dərs alır. Belarus mütəxəssisləri Azərbaycan FHN-in Akademiyası yaradılan zaman kadr hazırlığı üzrə metodiki yardım da göstəriblər. Bu ölkənin gənc yanğınsöndürənlər komandası hər il Belarusda keçirilən beynəlxalq uçuşların daimi iştirakçılarıdır.

Xəbər lenti

Xəbər lenti