...

Trend Beynəlxalq İnformasiya Agentliyi nüfuzlu OANA təşkilatının 41-ci üzvü oldu

Cəmiyyət Materials 25 Noyabr 2010 18:43 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) tamhüquqlu üzvlüyünə qəbul edilib.
Trend Beynəlxalq İnformasiya Agentliyi nüfuzlu OANA təşkilatının 41-ci üzvü oldu

Türkiyə, İstanbul, 25 noyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) tamhüquqlu üzvlüyünə qəbul edilib. Bu barədə qərar cümə axşamı İstanbulda təşkilatın XIV Baş Assambleyasında qəbul edilib. Məlumatı Trend yayıb.

OANA Baş Assambleyasında Trend Beynəlxaql İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov iştirak edirlər.

Trend BİA OANA-nın iclaslarında artıq üç ildir müşahidəçi qismində iştirak edib. Trend-in üzvlüyə qəbulla bağlı ərizəsi təşkilatın icraiyyə komitəsi tərəfindən 2009-cu ilin noyabrında Tehranda bəyənilib.

OANA 1961-ci il dekabrın 22-də YUNESKO-nun təşəbbüsü ilə Banqkokda Asiya milli agentliklərinin konfransında yaradılıb. Təşkilatın nizamnaməsinə əsasən, OANA-nın məqsədi Asiya və Sakit okean ölkələri arasında informasiya mübadiləsini genişləndirmək və sadələşdirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya axınında qeyri-bərabərliyinin ləğvində iştirakdır. OANA-nın ali orqanı üç ildən bir çağırılan Baş Assambleyadır. OANA-nın mənzil-qərargahı Baş Assambleyanın keçirilməsi üçün növbə ilə seçilən ölkələrdədir.

İndiyə qədər təşkilata Asiya və Sakit okean regionunun 33 ölkəsindən 40 agentlik daxil olub.

OANA-nın təsir zonasında dünyanın 60-dan çox ölkəsi var. Təşkilatın üzvləri arasında Rusiyanın İTAR-TASS, Türkiyənin "Anadolu", Yaponiyanın "Kyodo News", Çinin "Xinhua", İranın IRNA, Səudiyyə Ərəbistanının SPA, Koreyanın "Yonhap", Pakistanın PPI və APP, Qazaxıstanın "Kazinform", Avstraliyanın AAP, İndoneziyanın ANTARA, Küveytin KUNA, Hindistanın PTİ və s. agentliklər var.

Xəbər lenti

Xəbər lenti