...

Azərbaycanda AİDS xəstələrinin 64 faizi bu xəstəliyə narkotiklərdən istifadə nəticəsində yoluxub

Cəmiyyət Materials 30 Noyabr 2010 13:25 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə keçirilən tədbirdə AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova məlumat verib.
Azərbaycanda AİDS xəstələrinin 64 faizi bu xəstəliyə narkotiklərdən istifadə nəticəsində yoluxub

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda AİDS (QİÇS - qazanılmış immun çatışmazlığı sindromu) xəstələrinin 64 faizi bu xəstəliyə narkotiklərdən istifadə nəticəsində yoluxub.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə keçirilən tədbirdə AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova məlumat verib.

Qədirova bildirib ki, Azərbaycanda AİDS-ə yoluxma nəticəsində 318 nəfərin dünyasını dəyişib.

Ombudsman tədbirdə Təhsil Nazirliyinə ümumtəhsil məktəblərində "Sağlam həyat tərzi" fənninin tədrisinin təklif edilməsinin zəruriliyini qeyd edib.

Süleymanova Azərbaycanda bu xəstəliyə yoluxmuş 2 mindən çox insanın olduğunu, bu amansız xəstəliyin cavanlaşdığını və artıq uşaqlar arasında da yayıldığını təəssüf hissi ilə söyləyib.

İlk dəfə 1981-ci ildə ABŞ-da beş gəncin insanın immunçatışmazlığı virusuna (İİV) yoluxması ilə bağlı məlumatlar yayılıb. 1988-ci ildə dekabrın 1-i BMT tərəfindən Ümumdünya AİDS-lə mübarizə günü elan olunub.

Hazırda dünyada 34 milyon HİV/AİDS daşıyıcısı mövcuddur və hər il 2 milyona yaxın adam bu xəstəliyə yoluxma nəticəsində dünyasını dəyişir. Son illər ərzində HİV-ə yoluxmuş insanların sayının xüsusilə artması ilə əlaqədar olaraq, bu istiqamətdə görülən fəaliyyət daha da genişləndirilib.

Xəbər lenti

Xəbər lenti