Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/
Ümumilli liderlər Atatürk və Heydər Əliyev fəaliyyətlərinin KİV-də müzakirəsi yolverilməz olan şəxsiyyətlərdir. Bu barədə cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov türkiyəli müəllif Turqut Ərin kitabı ilə bağlı bildirib.
Onun sözlərinə görə, belə adamların fəaliyyətlərinin arxasında Türkiyə-Azərbaycan qardaşlığını arzu etməyən qüvvələr durur.
Azərbaycanda çalışan türk diplomatı Turqut Ərin "Azadlıqdan tiranlığa" kitabından bəzi hissələr "Azadlıq" qəzetində çap olunub.
"Bu yaxınlarda Azərbaycandakı jurnallardan biri Atatürk haqqında materialları çap edərək yaymağa cəhd göstərmişdi. Biz dərhal işə qarışdıq və bu nəşri satışdan çıxartdıq", - Həsənov bildirib.