Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Pakistan və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşlarına ümumilikdə 9 il cəza verilib.
Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə İsmayılov Rəşad 5, Məmmədov İlqar 1 və Musayev Ramin 3 il müddətinə azadlıqdan məhrum olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə (279.1) maddəsi ilə ittiham olunurlar.
Həbs olunanlar Pakistan və Əfqanıstanda silahlı birləşmələrin tərkibində NATO qoşunlarına qarşı döyüşlərdə iştirak ediblər. Rəşad Məmmədov döyüşlərin birində yaralanıb. Hər üç şəxs Pakistan hüquq mühafizə orqanları tərəfindən tutularaq, Azərbaycana təhvil veriliblər.