...

Azərbaycanın Şabran rayonunun Təzəkənd kəndinin adı dəyişdiriləcək

Cəmiyyət Materials 9 Dekabr 2010 15:29 (UTC +04:00)
Azərbaycanın Şabran rayonunun Təzəkənd kəndinin adı Dəvəçi ilə əvəzlənəcək.
Azərbaycanın Şabran rayonunun Təzəkənd kəndinin adı dəyişdiriləcək

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Şabran rayonunun Təzəkənd kəndinin adı Dəvəçi ilə əvəzlənəcək.

Milli Məclisin Regional məsələlər komitəsinin cümə axşamı keçirdiyi iclasda Təzəkənd kəndinin adının Dəvəçi ilə əvəzlənməsi ilə bağlı qanun layihəsi Parlamentin plenar iclasına tövsiyə olunub.

"Dəvəçi Azərbaycanın tarixi yer adıdır və bu toponim hansısa bir ərazidə saxlanılmalıdır", - iclasda komitə sədri Arif Rəhimzadə bildirib.

Milli Məclisin 2010-cu il aprelin 2-də keçirilən iclasında Dəvəçi rayonunun adının Şabran ilə əvəz olunması barədə qərar qəbul olunub.

Regional məsələlər komitəsinin iclasında daha sonra "Təhsil haqqında" qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti