...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları "Heydər zirvəsi"nə yürüş edib

Cəmiyyət Materials 11 Dekabr 2010 13:51 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova şənbə günü Trend-ə bildirib ki, yürüşün məqsədi dünya şöhrətli şəxsiyyət,Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dekabrın 12-də "Heydər zirvəsi"nə çataraq ulu öndərin barelyefi önünə gül dəstələri qoyaraq anmaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları "Heydər zirvəsi"nə yürüş edib

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bu gün Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüşə yollanıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova şənbə günü Trend-ə bildirib ki, yürüşün məqsədi dünya şöhrətli şəxsiyyət, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dekabrın 12-də "Heydər zirvəsi"nə çataraq ulu öndərin barelyefi önünə gül dəstələri qoyaraq anmaqdır.

"Heydər zirvəsi" dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşir.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti