...

Azərbaycanda "Heydər zirvəsi"nə yürüş başa çatıb

Cəmiyyət Materials 13 Dekabr 2010 13:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş ediblər.
Azərbaycanda "Heydər zirvəsi"nə yürüş başa çatıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş ediblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, dekabrın 11-də Bakı şəhərindən başlayan yürüş "Heydər zirvəsi"nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurublar.

Dekabrın 12-də isə ekspedisiya üzvləri bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq qarlı-boranlı, şaxtalı ekstremal hava şəraitinə tab gətirərək, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə qalxmağa müvəffəq olublar.

Yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində qoyulmuş ulu öndər Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri düzərək, Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti