...

Azərbaycan və Şimali Kipr gənclərinin dostluq qrupu yaradılıb

Cəmiyyət Materials 13 Dekabr 2010 13:52 (UTC +04:00)
Azərbaycanın Gənclər Cəmiyyəti İctimai Birliyi Azərbaycan-Şimali Kipr türk gənclərinin dostluq qrupunu təşkil olunub.
Azərbaycan və Şimali Kipr gənclərinin dostluq qrupu yaradılıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Gənclər Cəmiyyəti İctimai Birliyi Azərbaycan-Şimali Kipr türk gənclərinin dostluq qrupunu təşkil olunub. Dostluq qrupunun bazar ertəsi keçirilən ilk tədbirində Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazıoğlu, Azərbaycan İctimai-siyasi Universitetinin rektoru Rasim Nəbiyev, azərbaycanlı və türkiyəli tələbələr iştirak ediblər.

Öncə Dostluq qrupunun rəhbəri Ramiz Alıyev təşkilatın məqsədlərindən söz açıb. O, qeyd edib ki, QHT-lərin yaxınlaşması və birgə layihələrin gücləndirilməsi, ildə bir dəfə Azərbaycan və Şimali Kiprdə gənclərin birgə forumunun keçirilməsi, İnternet portallar vasitəsi ilə ümumi maraqların təbliği, görüşlərin təşkili, istedadlı gəncləri ortaya çıxarılması, onların cəmiyyətdə tanınmasına şərait yaratmaq və gənclərin asudə vaxtını təşkil etmək üçün tədbirlər keçirilməsi təşkilatın qarşısında duran vəzifələrdir.

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazıoğlu çıxışı zamanı Azərbaycan və Şimali Kipr gəncləri arasında dostluğun möhkəmləndirilməsinin müsbət hal olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan və Şimali Kipr arasında təhsil sahəsindəki münasibətlər ildən ilə genişlənir: "Mən Azərbaycana ilk gəldiyim il Azərbaycanda təhsil alan Şimali Kipr tələbələrinin sayı 97 nəfər idi. Sonrakı illərdə bu rəqəm daha da artıb. Hazırda Azərbaycanda təhsil alan Şimali Kipr tələbələrinin sayı 300-dən çoxdur", - Qazioğlu bildirib.

Daha sonra çıxış edənlər Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açıblar. Xalqlar arasındakı əlaqələrin güclənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mühüm rolunu qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti