...

Azərbaycan FHN-in beş illik fəaliyyəti dövründə adamların kütləvi toplaşdıqları 3 minə yaxın obyekt yoxlanılıb - nazir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 Dekabr 2010 13:36 (UTC +04:00)
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ötən beş il ərzində təhlükəsizlik tədbirlərinə əməl olunması ilə bağlı Bakının 11 rayonunda adamların kütləvi toplaşdıqları 2973 bina və obyekti yoxlayıb. Bu barədə nazirliyin yaradılmasının beş illiyinə həsr olunan tədbirdə nazir Kəmaləddin Heydərov bildirib.
Azərbaycan FHN-in beş illik fəaliyyəti dövründə adamların kütləvi toplaşdıqları 3 minə yaxın obyekt yoxlanılıb - nazir (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Fövqəladə hallar nazirinin çıxışının təfərrüatları 3-cü abzasdan sonra əlavə olunub.

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ötən beş il ərzində təhlükəsizlik tədbirlərinə əməl olunması ilə bağlı Bakının 11 rayonunda adamların kütləvi toplaşdıqları 2973 bina və obyekti yoxlayıb. Bu barədə nazirliyin yaradılmasının beş illiyinə həsr olunan tədbirdə nazir Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, aparılan işlərin materialları araşdırılmaq üçün müvafiq strukturlara təqdim olunur. "Beş il ərzində Azərbaycanın FHN 25 434 yanğının söndürülməsində, 1 183 adamın yanğından xilas edilməsində iştirak edib ki, onlardan 185 nəfəri yaşlı adamlar və uşaqlardır", - nazir bildirib.

Nazir bildirib ki, 2006-2010-cu illər ərzində sularda batmaq təhlükəsi ilə üzləşən 2 291 nəfər Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.

Bu müddət ərzində 25 435 təbii və texnogen xarakterli yanğın söndürülüb, 150 min hektara yaxın taxıl, 12 min hektara yaxın meşə sahəsi yanğından qorunub. Baş verən yanğınlar zamanı 28 milyon 563 min manat maddi ziyan dəyib, 224 nəfər həlak olub, 373 nəfər xəsarət alıb. Yanğınlardan 12 milyon 41 min manatlıq maddi sərvət və 943 nəfər insan xilas edilib.

Nazir bildirib ki, 5 il ərzində 2 621 ədəd kiçik həcmli gəmi texniki baxışdan keçirilib.

Ötən dövrdə Bakıda 2 973 obyektdə yoxlamalar aparılıb. Yanacaqdoldurma məntəqələri və partlayıcı maddələr olan anbarlara baxış keçirilib. Son beş ildə hər il ümumilikdə, orta hesabla 70 mindən artıq obyektdə diqqətli, 50 mindən çox obyektdə isə nəzəri yanğın-texniki yoxlamalar aparılıb. Bu obyektlərə 300 mindən çox tapşırıq verilib. Tapşırıqların 140 mininin yerinə yetirilməsinə nail olunub. 20 mindən çox müəssisədə, 125 mindən çox evdə qaz təsərrüfatlarına baxış keçirilib.

Nazir Kəmaləddin Heydərovun başçılığı ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti nazirliyin yaradılmasının beş illiyi ilə əlaqədar cümə axşamı Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

FHN-in nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları önünə güllər qoyub.

FHN-in yubiley tədbirində Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək də iştirak edib.

Xəbər lenti

Xəbər lenti