Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Çellenc Kuboku yarışlarında iştirak edən Azərbaycan komandaları ikinci turu qələbə ilə başa vurublar.
Qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının ikinci turu çərçivəsində Bakının "Azərreyl" klubu Afinada Yunanıstanın "Markopoulo" komandasının qonağı olub. Görüş "Azərreyl"in 3:0 (25:12, 25:20, 25:15) hesablı qələbəsi ilə başa çatıb. Bakıda keçirilən ilk görüşdə də Azərbaycan komandası eyni hesabla qalib gəlib. İlk turda isə "Azərreyl" Maltanın "Paoloy" komandasını yarışlardan kənarlaşdırıb.
Avstriyada yerli "Sparkasse" komandası ilə qarşılaşan "İqtisadçı" da turu qələbəylə başa vurub. Bakıda keçirilən ilk oyunda olduğu kimi, "İqtisadçı" bu görüşdə də 3:0 (25:9, 25:19, 25:22) hesabı ilə qalib gəlib. Komanda ilk turda Bosniya və Hersoqovinanın "Kula" komandasını növbəti mərhələdən məhrum edib.