...

Türkiyənin gənclər və idman direktorunun Azərbaycana səfəri başlayır

Cəmiyyət Materials 22 Dekabr 2010 11:31 (UTC +04:00)
Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün Bakıya səfəri başlayır.
Türkiyənin gənclər və idman direktorunun Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/

Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayır.

Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, səfər çərçivəsində qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını, və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün dekabrın 23-də gənclər və idman naziri Azad Rəhimovla görüşü olacaq. Bununla yanaşı, qonaqlar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "İrəli" ictimai birliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirəcəklər.

Nümayəndə heyəti eyni zamanda, idman bazaları ilə tanış olacaqlar, Şağan Olimpiya İdman Kompleksinə səfər edəcək. 3 gün davam edəcək səfər proqramı çərçivəsində Akgül şəhərimizin tarixi yerləri ilə tanış olacaq, "İçəri şəhər"ə ekskursiya etmək imkanı əldə edəcək. Səfər 25 dekabra qədər davam edəcək.

Səfər qarşılıqlı əməkdaşlığın istiqamətlərinin genişləndirilməsi məqsədi ilə 2007-ci ildə "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş"in maddələrinin həyata keçirilməsi və növbəti il üçün birgə tədbirlərin təşkili məsələlərini müzakirə etmək məqsədi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti