...

Azərbaycanda valideyn himayəsindən məhrum 590 uşaq üçün ev tikiləcək - nazir

Cəmiyyət Materials 23 Dekabr 2010 12:33 (UTC +04:00)
Azərbaycanda valideyn himayəsindən məhrum olan 590 uşaq üçün ev tikiləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanda valideyn himayəsindən məhrum 590 uşaq üçün ev tikiləcək - nazir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda valideyn himayəsindən məhrum olan 590 uşaq üçün ev tikiləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı təhsil naziri Misir Mərdanov bildirib.

"Azərbaycan Respublikasında uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi (deinstitusionallaşma) və alternativ qayğı (2006-2015-ci illər) Dövlət Proqramı" çərçivəsində biz bu uşaqları foster (qəyyum) ailələrə verəcəyik", - nazir deyib.

Mərdanovun sözlərinə görə, əvvəlcə evlər Bakının Suraxanı və Xəzər pilot rayonlarında tikiləcək, çünki orada daha çox sayda uşaq evləri var.

Belə təcrübə artıq Azərbaycanda mövcuddur.

1997-ci ildə Azərbaycan hökumətilə "SOS - Kinderdorf International" arasında imzalanan saziş əsasında uşaq evləri tərbiyəçilərinin uşaq kəndlərinin təşkili haqqında qərar qəbul olunub. SOS uşaq kəndi uşaqların cəmiyyətə etibarlı adaptasiyasını təmin edən körpüdür. Uşaqlar buraya körpə yaşlarından qəbul edilirlər və hərtərəfli qayğı ilə əhatə olunurlar.

İri investisiyalar hesabına Bakıda və Gəncədə zəruri infrastrukturla təmin olunan SOS uşaq kəndləri tikilib və bir sıra sosial layihələr həyata keçirilib. Bu istiqamətdə işlər uğurla aparılır.

Xəbər lenti

Xəbər lenti