Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir M.Əliyev/
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Kiyev şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq sosial elmlər institutunda Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, iqtisad elmlər namizədi Əlibala Məhərrəmzadənin "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabının təqdimatı keçirilib.
Mərasimə qatılanlar Heydər Əliyev adına Beynəlxalq sosial elmlər institutunun qarşısına gələrək ulu öndərin büstü önünə tər çiçəklər qoymaqla, onun xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
"Prezident İlham Əliyevin iqtisadi siyasi strategiyasi" kitabının təqdimat mərasimində Regionlararası Heyətin İdarəolunması Akademiyasının elmi işlər üzrə prorektoru Nikolay Qolovatıy bildirib ki, Azərbaycanın inkişaf edərək bölgədə lider dövlətə çevrilməsi müdrik və uzaqgörən iqtisadi siyasi strategiyanın məntiqi nəticəsidir. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkədə ümumi daxili məhsulun 10, dövlət büdcəsinin isə 9,7 dəfə artması, o cümlədən vaxtilə əfsanə adlandırılan qlobal beynəlxalq iqtisadi layihələrin reallaşdırılması dolğun faktlarla kitabda əks olunub.
Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iqtisadi elmlər namizədi, yazıçı Əlibala Məhərrəmzadənin qələmə aldığı "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabında Azərbaycanın əldə etdiyi iqtisadi uğurların dolğun şəkildə öz geniş əksini tapmasından danışıb.
Təqdimat mərasimində Heydər Əliyev adına Beynəlxalq sosial elmlər institutunun direktoru İvan Bidzyira, siyasi elmlər doktoru İqor Pilyayev, professor İvan Daxno və digər alimlər çıxış edərək dolğun faktlarla zəngin olan kitabın ali təhsil ocaqları üçün də dəyərli əyani vəsait olduğunu vurğulayıblar. Tədbirin təşkilatçısı kimi mərasimə qatılanlara təşəkkürünü bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirov artıq bu kitabın Ukraynanın bütün elmi, kütləvi kitabxanalarına verildiyini bildirib.
Mərasimdə çıxış edən kitabın müəllifi Əlibala Məhərrəmzadə "Prezident İlham Əliyevin iqtisadi siyasi strategiyası" kitabına verilən yüksək qiymətə görə tədbirə qatılanlara dərin minnətdarlığını bildirib.
"Prezident İlham Əliyevin iqtisadi siyasi strategiyası" kitabına görə Beynəlxalq Sosialogiya və Texnologiyalar Reytinq Akademiyası Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmlər namizədi Əlibala Məhərrəmzadəni 3-cü dərəcəli "Georgi" medalı ilə mükafatlandırıb. Təqdimat mərasimində Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Baris Paton çıxış edərək, qurucusu və baş memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın son illər əldə etdiyi sosial iqtisadi uğurların yazıçı Əlibala Məhərrəmzadənin qələmə aldığı "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabında öz geniş əksini tapdığını vurğulayıb.
"Bu kitab çox dəyərli və zəngin faktlarla əhatə olunub. Mən çox sevinirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev dahi Heydər Əliyevin iqtisadi siyasi kursunu uğurla davam etdirərək ölkəsini bölgənin lider dövlətinə çevirə bildi. Əlbəttə, belə bir dəyərli kitabın dərc olunması beynəlxalq reytinq akademiyasının diqqətindən kənarda qala bilməzdi. Fürsətdən istifadə edib ölkəsinin çiçəklənməsi naminə əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Prezidentinə böyük uğurlar arzulayıram", - o bildirib.
Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb
Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir
http://az.trend.az/news/society/1802961.html
http://az.trend.az/news/society/1802431.html
http://az.trend.az/news/society/1802011.html
http://az.trend.az/news/politics/1801293.html
http://az.trend.az/news/society/1800623.html
http://az.trend.az/news/society/1801010.html
http://az.trend.az/news/society/1798627.html
http://az.trend.az/news/society/1797757.html
http://az.trend.az/news/society/1797371.html
http://az.trend.az/news/society/1797112.html
http://az.trend.az/news/society/1796466.html
http://az.trend.az/news/society/1792819.html
http://az.trend.az/news/society/1792399.html
http://az.trend.az/news/society/1791727.html
http://az.trend.az/news/politics/1790948.html
http://az.trend.az/news/politics/1790940.html
http://az.trend.az/news/society/1789601.html
http://az.trend.az/news/politics/1789658.html
http://az.trend.az/news/society/1789485.html
http://az.trend.az/news/society/1789065.html
http://az.trend.az/news/society/1788841.html
http://az.trend.az/news/society/1788636.html
http://az.trend.az/news/society/1787633.html
http://az.trend.az/news/society/1787048.html
http://az.trend.az/news/politics/1786989.html
http://az.trend.az/news/society/1786099.html
http://az.trend.az/news/politics/1786011.html
http://az.trend.az/news/society/1785422.html
http://az.trend.az/news/society/1785378.html
http://az.trend.az/news/politics/1785342.html
http://az.trend.az/news/society/1784463.html
http://az.trend.az/news/society/1784555.html
http://az.trend.az/news/society/1783636.html
http://az.trend.az/news/society/1782698.html
http://az.trend.az/news/society/1780194.html
http://az.trend.az/news/karabakh/1780129.html
http://az.trend.az/news/society/1780114.html
http://az.trend.az/news/politics/1779698.html
http://az.trend.az/capital/energy/1779708.html
http://az.trend.az/news/society/1775315.html
http://az.trend.az/news/karabakh/1771475.html
http://az.trend.az/news/society/1771449.html
http://az.trend.az/news/politics/1771264.html
http://az.trend.az/news/politics/1771281.html
http://az.trend.az/news/society/1770126.html
http://az.trend.az/news/society/1769966.html
http://az.trend.az/news/politics/1768183.html
http://az.trend.az/news/karabakh/1763854.html
http://az.trend.az/news/society/1767513.html
http://az.trend.az/news/society/1767208.html
http://az.trend.az/news/society/diaspora/1766801.html
http://az.trend.az/news/society/diaspora/1764515.html
http://az.trend.az/news/society/diaspora/1764255.html
http://az.trend.az/news/society/diaspora/1763034.html
http://az.trend.az/news/society/diaspora/1763005.html
http://az.trend.az/news/society/diaspora/1762913.html
http://az.trend.az/news/society/diaspora/1761223.html
http://az.trend.az/news/society/diaspora/1760042.html
http://az.trend.az/news/society/diaspora/1759567.html
http://az.trend.az/news/society/diaspora/1760841.html
http://az.trend.az/news/society/diaspora/1751056.html
http://az.trend.az/news/society/diaspora/1753599.html
http://az.trend.az/news/society/diaspora/1755854.html