...

BƏƏ-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2010 18:44 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Dubay şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli mərasim keçirib.
BƏƏ-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Dubay şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli mərasim keçirib. Mərasimdə BƏƏ-də daimi və müvəqqəti yaşayan, çalışan Azərbaycan icmasının üzvləri, BƏƏ-nin müxtəlif universitetlərində təhsil alan tələbələrimiz və yerli KİV nümayəndələri iştirak ediblər. Bu barədə bazar ertəsi səfirlikdən Trend-ə verilən məlumatda deyilir.

Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə danışıb.

Səfir öz çıxışında qeyd edib ki, ilk dəfə ümummilli liderimiz Heydər Əliyev bu tarixi dünya azərbaycanlılarının həmrəylik bayramı elan edib, sonra isə bu tarix bütün Azərbaycan xalqının və dünya azərbaycanlılarının milli bayramına çevrilib.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar müraciətinin mətni tədbir iştirakçılarına oxunub.

Mərasim iştirakçıları Azərbaycanın xarici siyasətinə dair videofilmə baxıblar.

Xəbər lenti

Xəbər lenti