...

Azərbaycanın təhsil naziri regionlardakı ali məktəblərdə müsabiqə ballarının azaldılmasını təklif edir

Cəmiyyət Materials 28 Dekabr 2010 12:14 (UTC +04:00)
Azərbaycanın təhsil naziri regionlarda ali məktəblərə daxil olmaq üçün müsabiqə ballarının azaldılmasını təklif edir.
Azərbaycanın təhsil naziri regionlardakı ali məktəblərdə müsabiqə ballarının azaldılmasını təklif edir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri regionlarda ali məktəblərə daxil olmaq üçün müsabiqə ballarının azaldılmasını təklif edir.

"Rayonlarda yerləşən ali məktəb filiallarındakı şərait paytaxtdakılardan fərqlənir. Belə bir təkliflə çıxış etmişik, lakin onun nəzərə alınıb-alınmayacağı bizdən asılı deyil", - Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazirin digər təklifi ali mətəblərdə pullu ixtisaslar üzrə təhsil haqqından azad edilən məcburi köçkün olan tələbələr üçün büdcədən kompensasiyaların ayrılması ilə bağlıdır. "Biz istərdik ki, büdcədə bu kateqoriyadan olan tələbələr üçün kompensasiyalar nəzərdə tutulsun", - nazir bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə məcburi köçkünlərin tələbə yataqxanalarından çıxarılması prosesinə başlanacaq, ilk növbədə Bakı Dövlət Universitetinin yataqxanası boşaldılacaq.

Xəbər lenti

Xəbər lenti