...

Azərbaycanda Yeni il qeyd olunur

Cəmiyyət Materials 1 Yanvar 2011 00:01 (UTC +04:00)
Azərbaycanda yanvarın 1-də Yeni il qeyd olunur.
Azərbaycanda Yeni il qeyd olunur

Azərbaycanda yanvarın 1-də Yeni il qeyd olunur.

Yanvar (latınca "Yanvarus") qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib. Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsanın doğum günü, ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvar ayının 1-dən başlandı.

Keçmiş Sovetlər İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il yanvarın 13-dən başlanırdısa, o fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlanır. 1 yanvar həm də istirahət günü sayılır.

Azərbaycan müstəqil respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim fəaliyyət göstərir və 1 yanvar istirahət günü kimi qeyd olunur.

2006-cı ildən 1-2 yanvar bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti