...

Azərbaycan İslam Partiyasının həbs olunan sədrinə məxsus mağazada silah aşkar olunub

Cəmiyyət Materials 8 Yanvar 2011 19:06 (UTC +04:00)
Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Mərdan oğlu Səmədovun, Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Nazirliyə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Azərbaycan İslam Partiyasının həbs olunan sədrinə məxsus mağazada silah aşkar olunub

Azərbaycan, Bakı, 08 Yanvar /Trend, müxbir T. Hacıyev/

Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri  Mövsum Mərdan oğlu Səmədovun, Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Nazirliyə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi şənbə günü məlumat yayıb.

Dəyənət Səmədovun işlədiyi, Mövsum Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb. 

Dəyanət və Mövsum Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.   

Xəbər lenti

Xəbər lenti