...

Azərbaycanın "Qarabağ" klubu Avropa komandalarını geridə qoyub

Cəmiyyət Materials 12 Yanvar 2011 11:32 (UTC +04:00)
2010-cu ilin ən yaxşı futbol klublarının adı məlum olub
Azərbaycanın "Qarabağ" klubu Avropa komandalarını geridə qoyub

Azərbaycan, Bakı 12 yanvar /Trend, müxbir M.Əliyev/ 2010-cu ilin ən yaxşı futbol klublarının adı məlum olub.

Trend-in məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) planetin 350 ən güclü klubunun adlarını açıqlayıb. İFFHS-in siyahısında yeganə Azərbaycan təmsilçisi olan Ağdamın "Qarabağ" klubu (80 xal) planetin 248-ci komandasıdır.

Ötən ayla müqayisədə 22 pillə irəliləyən "Qarabağ" indiki mövqeyini "Qoyaniense" (Braziliya) və "MüPA-47" (Finlandiya) ilə bölüşür.

Ağdamlıların arxada qoyduğu komandalar siyahısında "Feyenord" (Hollandiya), "Mayns" (Almaniya), "Espanyol", "Atletik", "Osasuna" (hamısı İspaniya), "Parma" (İtaliya), "Bolton", "Blekbern" (hər ikisi İngiltərə), "Ayntraxt", "Hoffenhaym" (hər ikisi Almaniya), "River Pleyt" (Argentina) kimi klublar da var.

Hesabında 300 xal olan İtaliyanın "İnter" klubu cədvəlin I pilləsində qərarlaşıb. Almaniyanın "Bavariya" komandası 268, İspaniya təmsilçisi "Barselona" isə 266 xalla ilk "3-lük"də qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti