...

2011-ci ildə Azərbaycanda 24 təhsil müəssisəsi tikiləcək

Cəmiyyət Materials 17 Yanvar 2011 19:20 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda 24 təhsil müəssisəsi və bir məktəbin yeni korpusu istismara veriləcək. Bunu bazar ertəsi Təhsil Nazirliyinin iclasında tikinti şöbəsinin rəisi Allahverdi Dəmirov bildirib.
2011-ci ildə Azərbaycanda 24 təhsil müəssisəsi tikiləcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/

2011-ci ildə Azərbaycanda 24 təhsil müəssisəsi və bir məktəbin yeni korpusu istismara veriləcək. Bunu bazar ertəsi Təhsil Nazirliyinin iclasında tikinti şöbəsinin rəisi Allahverdi Dəmirov bildirib. Bu barədə nazirliyin məlumatında deyilir.

Onun sözlərinə görə, hazırda bu təhsil müəssisələrinin tikintisi aparılır.

Dəmirovun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda Təhsil Nazirliyi 27 yeni məktəb, bir məktəbin yeni korpusunu tikib, 356 məktəb və 32 məktəbəqədər təhsil müəssisəsi təmir edilib.

Azərbaycanın 4 552 dövlət ümumtəhsil məktəblərində 170 minə yaxın müəllim dərs deyir, 1,42 milyondan çox şagird təhsil alır. 17 özəl ümumtəhsil məktəblərində 1 005 müəllim işləyir.

Xəbər lenti

Xəbər lenti