...

Azərbaycanda 20 Yanvar faciəsi ilə əlaqədar veloyürüş keçiriləcək

Cəmiyyət Materials 18 Yanvar 2011 11:40 (UTC +04:00)
Azərbaycanda 20 Yanvar şəhidlərinin 21-ci ildönümü ilə əlaqədar sabahdan Parsabad (İran) - Biləsuvar - Bakı marşrutu ilə veloyürüş başlayacaq.
Azərbaycanda 20 Yanvar faciəsi ilə əlaqədar veloyürüş keçiriləcək

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 20 Yanvar şəhidlərinin 21-ci ildönümü ilə əlaqədar sabahdan Parsabad (İran) - Biləsuvar - Bakı marşrutu ilə veloyürüş başlayacaq.

Gənclər və İdman Nazirliyindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, 20 Yanvar şəhidlərini ananlar arasında İran İslam Respublikasının idmançıları da olacaq.

Yürüş iştirakçıları 19 yanvar 2011-ci il tarixində "20 Yanvar" meydanından Fəxri xiyaban və Şəhidlər xiyabanına yürüş edəcəklər.

Yürüşə saat 10:30-da Respublika Velotrekindən start veriləcək. Veloyürüş 22 yanvaradək davam edəcək.

Xəbər lenti

Xəbər lenti