...

Azərbaycanda rəsmi bukmeker kontorları işə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2011 14:21 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycanda "TopAz" brendi ilə rəsmi bukmeker kontorları işə başlayıb.
Azərbaycanda rəsmi bukmeker kontorları işə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 12:48-də yayılıb)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir М.Əliyev/

Çərşənbə axşamı Azərbaycanda "TopAz" brendi ilə rəsmi bukmeker kontorları işə başlayıb.

Pul qoyuluşları qəbul ediləcək ilk oyun bu gün Bakı vaxtı ilə 17:00-da başlayacaq "Kasımpaşa" (Türkiyə) - "Xəzər Lənkəran" (Azərbaycan) yoldaşlıq oyunu olub. Azərbaycan klubunun qələbəsinə 10 manat qoyan şəxs komanda qalib gələrsə, uduşda 26 manat qazanacaq.

Pulların qəbulu məntəqələrinin açılışı üzrə işləri həyata keçirən "Azintelek" şirkəti pos-terminallar hazırlayıb və bu avadanlıqların idarə olunması üzrə treninqlər keçirib.

Azərbaycan Vergilər və Maliyyə nazirlikləri qərar alıb ki, kontorun fəaliyyətinə qoyulan vergi altı faizə qədər olacaq. Bu vaxta qədər qanunsuz əsaslarla işləyən bütün kontor və məntəqələr fəaliyyətini dayandıracaq.

Azərbaycan futbol premyer liqasının oyunlarını totalizatora daxil etmək planlaşdırılmır.

2010-cu il avqustun 23-də Azərbaycan hökuməti ölkədə bədən tərbiyəsi və idmanın inkişafına yönəldilmiş idman totalizatorlarından gələn vəsaitin həcmini müəyyənləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, idman totalizatorlarının oyunçuları tərəfindən qoyulan vəsaitin 4,2 faizi Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına yönəldiləcək.

Ötən ildən ölkədə idman totalitazorlarının fəaliyyətini dövlət tənzimləyir. Azərbaycan Gənclər və İdman Nazirliyində "Azəridmanservis" şöbəsi yaradılıb. Şöbə totalizatorların fəliyyətinin idarəsini Türkiyənin "İnteltex" şirkəti ilə birgə həyata keçirəcək.

"Azəridmanservis" MMC-nin baş direktoru Azər Məhərrəmov təqdimatda deyib ki, birinci mərhələdə bukmeker kontorları Bakı və Abşeron yarımadasında fəaliyyət göstərəcək, sonrakı aylarda isə Gəncə və Azərbaycanın digər şəhərlərində açılacaq. "Terminalların işinə həm Gənclər və İdman Nazirliyi, həm də bukmeker kontoru fəaliyyətinin şəffaflığını təmin edəcək Vergilər Nazirliyi nəzarət edəcək", - Məhərrəmov deyib.

Onun sözlərinə görə, hazırda mövcud fəaliyyətin həyata keçirilməsinə 70-80 agent cəlb olunub, Bakıda isə onların sayı 200-300-ə qədər artacaq.

"Azerinteltek" QSC-nin baş direktoru Əhməd Sezər təqdimatda bildirib ki, Azərbaycanda tətbiq olunacaq pul qoyuluşlarının əmsalı xarici rəqiblərdən az olmayacaq. Onun sözlərinə görə, birinci fəaliyyət ilində terminalların sayı 650-yə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti