...

Azərbaycanda "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi keçiriləcək

Cəmiyyət Materials 21 Yanvar 2011 14:34 (UTC +04:00)
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi konqrens mayın 13-15-də təşkil ediləcək.
Azərbaycanda "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi keçiriləcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycanda "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi keçiriləcək.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi konqrens mayın 13-15-də təşkil ediləcək.

İkinci dəfə təşkil edilən "Bakı Ürək Günləri" Beynəlxalq Konqresi də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilib.

Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunmağa və konqresin elmi-praktik səviyyəsinin yüksək olmasına çalışılacaq.

İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçirilir. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların Konqres salonunda canlı yayımı "Bakı Ürək Günləri"nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək.

Konqres azərbaycanlı kardioloq və kardiocərrahlara dünyanın ən qabaqcıl mütəxəssisləri ilə bu sahədəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək.

Təşkil ediləcək sosial proqramla xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Artıq Konqresdə iştirak etmək üçün qeydiyyat və məqalələrin qəbuluna başlanıb. İştirak etmək istəyənlər Konqresin rəsmi saytından (www.bakuheartdays.az) qeydiyyatdan keçəməqalələrini göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti