...

Azərbaycanlı paralimpiyaçılar Yeni Zelandiyadakı dünya çempionatında ilk qızıl medalı qazanıblar (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Yanvar 2011 16:05 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (birinci versiya 13:24-də dərc olunub)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı atlet Oleq Panyutin şənbə günü Krisçerç (Yeni Zelandiya) şəhərində keçirilən yüngül atletika üzrə Paralimpiya dünya çempionatında qızıl medal qazanıb. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında bildirilir.

Panyutin uzunluğa tullanma üzrə yarışda 6,87 metr nəticə göstərib.

Digər azərbaycanlı atlet Vladimir Zayats 6,60 metr nəticə ilə dördüncü yeri tutub.

Hüseyn Həsənov uzunluğa tullanmaq üzrə final yarışda 6,52 metr nəticə ilə gümüş medal qazanıb.

Yarışların ilk günündən sonra Azərbaycanın atlerlərdən ibarət yığması yüngül atletika üzrə Paralimpiya dünya çempionatında 26 komanda arasında komanda hesabı üzrə bir qızıl və bir gümüş medalla onuncu yerdədir. Çin komandası səkkiz medalla birinci yerdədir.

Xəbər lenti

Xəbər lenti