...

Azərbaycanda həkimlərin səhvlərinə görə məsuliyyətə cəlb olunmasının qanunverici bazası yaradılacaq

Cəmiyyət Materials 27 Yanvar 2011 09:00 (UTC +04:00)
Azərbaycanda həkimlərin səhvlərinə görə məsuliyyətə cəlb olunmasının qanunverici bazası yaradılacaq
Azərbaycanda həkimlərin səhvlərinə görə məsuliyyətə cəlb olunmasının qanunverici bazası yaradılacaq

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda həkimlərin səhvlərinə görə məsuliyyətə cəlb olunmasının qanunverici bazası yaradılacaq

Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, deputat Aytən Mustafayeva çərşənbə günü Trend-ə bildirib ki, həkimlərin səhvlərinə görə məsuliyyət daşıması, onların administrativ və məhkəmə qarşısında məsuliyyətə cəlb olunması yeni hazırlanan "Pasientlərin hüquqları haqqında" qanunda öz əksini tapacaq.

Onun sözlərinə görə, həmçinin pasientlərin məlumatlandırılması, onların informasiya almaq hüququ, pasientin razılığı olmadan hansısa müalicə üsulu tətbiq etməmək kimi məsələlər də qanunda öz əksini tapacaq.

Mustafayeva bildirib ki, Azərbaycan bioetika üzrə beynəlxalq konvensiyalara qoşularkən, süni mayalanma, embrionların hüquqları, evtanaziya kimi məsələləri öz qanunlarında əks etdirməlidir.

"Evtanaziya da bu məsələlərdən biri olmasına baxmayaraq, bu probleminin müzakirəsinə hələ Azərbaycan cəmiyyəti hazır deyil", - Mustafayeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti