...

Azərbaycanda iqtisadi mübahisələr üzrə məhkəmələrə müraciətlərin sayı 30 faiz artıb - Məhkəmə-Hüquq Şurasının sədri

Cəmiyyət Materials 26 Yanvar 2011 20:11 (UTC +04:00)
Azərbaycanda 2010-cu ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 15 faiz, iqtisadi mübahisələr üzrə isə 30 faiz artıb
Azərbaycanda iqtisadi mübahisələr üzrə məhkəmələrə müraciətlərin sayı 30 faiz artıb - Məhkəmə-Hüquq Şurasının sədri

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2010-cu ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 15 faiz, iqtisadi mübahisələr üzrə isə 30 faiz artıb. Bunu Məhkəmə-Hüquq Şurasının çərşənbə günü keçirilən iclasında şura sədri Fikrət Məmmədov bildirib.

O bildirib ki, Azərbaycanda iqtisadi inkişafın geniş vüsət alması, yeni iqtisadi münasibətlərin formalaşması və mülki dövriyyənin sürətlə artması müraciətlərin sayının da dəfələrlə çoxalmasına səbəb olub, 1999-cu illə müqayisədə mülki mübahisələrin sayı altı dəfə artıb.

Məmmədov qeyd edib ki, bununla əlaqədar və dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarının icrası ilə bağlı son illər yeni regional apellyasiya və digər məhkəmələr yaradılıb, hakim korpusunun ən şəffaf və obyektiv prosedurlarla formalaşması üçün yeni qaydalar tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti