Azərbaycan, Bakı, 2 fevral/Trend/
Azərbaycanda dinlərarası dialoq uğurla aparılır və ağıllı proteksionizmlə dini etiqad azadlığını birləşdirən uğurlu model mövcuddur. Bu barədə Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib, - Moskva patriarxının rəsmi saytı yazır.
" Azərbaycanda dinlərarası dialoq uğurla aparılır. Orada ağıllı proteksionizmlə dini etiqad azadlığını nəzərdə tutan kilsə-dövlət münasibətlərinin uğurlu modeli mövcuddur, qüvvədə olan qanunvericilik yerli dini icmalara xarici təşkilatların təsirini məhdudlaşdırmaqla, qeyri-ənənəvi və radikal axınlarla missioner fəaliyyətinin aparmasını çətinləşdirir", - o qeyd edib.
Rus Pravoslav kilsəsinin rəhbəri vurğulayıb ki, Azərbaycanın pravoslav icması özünü arxayın hiss edir və sıxışdırılmalara məruz qalmır.
"Azərbaycanda vəsaitlərini müsəlmanların da fəal surətdə verdikləri yeni məbədlər açılır", - Patriarx bildirib.
Onun sözlərinə görə, Rus Pravoslav kilsəsinin yüksək kilsə medalları ilə təltif edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə çox sıx münasibətləri var.
"Qeyd etmək lazımdır ki, o, 2004-cü ildən MDB-in Dinlərarası Şurasının fəxri həmsədridir, 2009-cu ildən keçmiş sovet məkanında aparıcı müsəlman təşkilatlarını birləşdirən MDB Müsəlmanları Konsultativ Şurasına başçılıq edir", - Moskva və bütün Rusiyanın patriarxı Kirill çıxışında deyilir.