...

Azərbaycanda məktəblilər üçün "qaynar xətt" kampaniyası start götürüb

Cəmiyyət Materials 3 Fevral 2011 17:46 (UTC +04:00)
Azərbaycan məktəblərində şagirdlərin "qaynar xətt" nömrələri haqqında məlumatlandırılması üzrə kampaniya başlayıb. Bu barədə Trend-ə Azərbaycanda Uşaq Qaynar Xətt Xidmətinin direktoru Cəmilə Tağıyeva bildirib.
Azərbaycanda məktəblilər üçün "qaynar xətt" kampaniyası start götürüb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Z.Əhmədova/

Azərbaycan məktəblərində şagirdlərin "qaynar xətt" nömrələri haqqında məlumatlandırılması üzrə kampaniya başlayıb. Bu barədə Trend-ə Azərbaycanda Uşaq Qaynar Xətt Xidmətinin direktoru Cəmilə Tağıyeva bildirib.

"Qaynar xətt uşağın gələcək həyatına mənfi təsir edə biləcək həll olunmamış uşaq psixoloji problemlərinə yönəldilib. Lakin yeniyetmələrin əksəriyyəti bu xidmətin olması barədə məlumatlı deyillər", - Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakının məktəblərində keçirilən kampaniyanın əsas məqsədi psixoloji problemlərlə qarşılaşan məktəblilərin diqqətinin kömək üçün qaynar xəttin mütəxəssislərinə müraciət etməyə cəlb edilməsidir.

Hazırda hər gün qaynar xətt nömrələrinə 2-5, ayda isə 50-80 zəng gəlir, Tağıyeva əlavə edib.

Qaynar xətt nömrələri: (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80.

Qaynar xəttin mobil nömrələrinə zəng edənlərin nömrəsini mütəxəssislər yenidən özləri yığacaqlar.

Xəbər lenti

Xəbər lenti