...

Azərbaycan gənclər təşkilatlarının Avropa Hüquq Tələbələri Assosiasiyası ilə əməkdaşlığı müzakirə edilib

Cəmiyyət Materials 4 Fevral 2011 18:16 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Brüsseldəki baş qərargahının rəhbəri Oskar Lema Buza ilə gənclər təşkilatlarının fəaliyyəti və əməkdaşlığını müzakirə edib.
Azərbaycan gənclər təşkilatlarının Avropa Hüquq Tələbələri Assosiasiyası ilə əməkdaşlığı müzakirə edilib

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Brüsseldəki baş qərargahının rəhbəri Oskar Lema Buza ilə gənclər təşkilatlarının fəaliyyəti və əməkdaşlığını müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Şuranın katibliyindən cümə günü verilən məlumatda deyilir.

Görüşdə Buza ELSA-nın 200-dən artıq Avropa universitetində on minlərlə üzvü olduğunu bildirib. O, təşkilatın məqsədinin hüquqşünas tələbələrin və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, onlar üçün Avropa ölkələrində təcrübə və təlimlərin təşkil olunması və elmi mübadilə proqramlarının həyata keçirilməsi olduğunu bildirib. ELSA rəhbəri təşkilatın Azərbaycan nümayəndəliyinin də səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Azay Quliyev gənclərə öz fəaliyyətlərində regional münaqişələrə diqqət yetirməyin və bu münaqişələrdə pozulan insan hüquqlarının müdafiəsinə çalışmağın da vacib olduğunu bildirib. Quliyev təşkilatın bu istiqamətlərdə Bakı şəhərində tədbir təşkil edəcəyi halda Şuranın buna dəstək verə biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti