...

Azərbaycan və Gürcüstan arasında elm və təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 4 Fevral 2011 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Gürcüstan arasında mədəni və humanitar sferada, elm və təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət Milli Məclis sədrinin müavini Bahar Muradova ilə Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri xanım Giuli Alasaniya arasında cümə günü keçirilən görüş zamanı müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin rəsmi saytının yaydığı məlumatda deyilir.

Görüş zamanı vitse-spiker beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin eyni mövqedən çıxış etməsinin iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib, xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin qədim tarixə malik olduğu vurğulanıb.

Görüşdə Giuli Alasaniya xalqlarımızın daim yaxşı qonşu və dost olduğunu diqqətə çatdırıb, Gürcüstanın hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini xüsusilə qeyd edib. 

Xəbər lenti

Xəbər lenti