Azərbaycan, Bakı, 9 fevral/Trend, müxbir M.Əliyev/
Azərbaycanda qəbul imtahanlarında açıq tipli test sualları bütün fənlər üzrə olacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
"2011-2012-ci tədris ilində açıq tipli suallar yalnız riyaziyyat üzrə istifadə olunacaq, lakin gələcəkdə belə suallar bütün fənlər üzrə olacaq", - komissiya sədri qeyd edib.
Onun sözlərinə görə, yanvarın 23-də keçirilən sınaq imtahanlarında abituriyentlərin riyaziyyat üzrə açıq tipli suallara verdikləri cavabların səviyyəsi müxtəlif olub.
Azərbaycanda abituriyentlər üçün test tapşırıqlarında açıq tipli suallardan ilk dəfə olaraq 2011-ci ildə qəbul imtahanlarında istifadə ediləcək.