...

Azərbaycan Səhiyyə Nazirliyi növbəti sertifikasiya imtahanı keçirib

Cəmiyyət Materials 17 Fevral 2011 20:05 (UTC +04:00)
Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında növbəti sertifikasiya imtahanı keçirib.
Azərbaycan Səhiyyə Nazirliyi növbəti sertifikasiya imtahanı keçirib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında növbəti sertifikasiya imtahanı keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da mikrobiologiya ixtisası üzrə keçirilən imtahanda 20 həkim iştirak edib.

Mama-ginekologiya, anesteziologiya-reanimatologiya, dermatovenerologiya ixtisasları üzrə keçirilən müsahibədə isə iştirakçıların hər biri uğurlu nəticələr qazanıblar.

Növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə fevralın 23-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti