...

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2011 16:09 (UTC +04:00)
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib. Trend-in məlumatına görə, cümə günü BDU-da saytın təqdimat mərasimi keçirilib.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib. Trend-in məlumatına görə, cümə günü BDU-da saytın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Abel Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycan jurnalistikası gündən-günə inkişaf edir.

"Mətbuat Azərbaycanda dövlət hakimiyyətinin dördüncü qolu funksiyasını uğurla yerinə yetirir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı milli mətbuatın inkişafına öz tövhələrini verir", - Məhərrəmov əlavə edib.

O qeyd edib ki, Azərbaycan təhsilinin inkişaf etməsi, universitetlərimizin dünyanın aparıcı təhsil ocaqlarının siyahısına düşməsi üçün mətbuatın da üzərinə məsuliyyət düşür.

Rektor Məhərrəmovun çıxışından sonra universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova mətbuat xidmətinin saytını qonaqlara təqdim edib.

İbrahimova qeyd edib ki, Mətbuat və informasiya şöbəsinin təqdimatı keçirilən saytı (http://press.bsu.edu.az) son 10-12 il ərzində Bakı Dövlət Universiteti haqqında kütləvi informasiya vasitələrində işıq üzü görmüş materialların məcmusudur. Toplanmış bütün materiallar aidiyyəti başlıqlar altında verilib.

Saytın təqdimatından sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, AzərTAc Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov və "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək təbriklərini çatdırıblar.

Daha sonra Bakı Dövlət Universitetinin fəaliyyətini geniş işıqlandırdığına görə, bir sıra media qurumlarının rəhbərlərinə "Universitetin dostu" mükafatı təqdim olunub. Jurnalistlərə isə çalışdıqları media qurumunda Bakı Dövlət Universiteti haqqında mütəmadi olaraq informasiyalar yaydıqlarına görə hədiyyələr təqdim olunub. Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı da mükafat alanlar sırasında olub.

Xəbər lenti

Xəbər lenti