...

Azərbaycan xarici işlər naziri Ukrayna Ali Radasının sədri, Baş naziri və XİN rəhbəri ilə görüşüb

Cəmiyyət Materials 24 Fevral 2011 13:00 (UTC +04:00)
Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin Ali Radasının sədri Vladimir Litvin, Baş naziri Nikolay Azarov və xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib.
Azərbaycan xarici işlər naziri Ukrayna Ali Radasının sədri, Baş naziri və XİN rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin Ali Radasının sədri Vladimir Litvin, Baş naziri Nikolay Azarov və xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat mərkəzindən bildiriblər.

Ukraynanın Ali Radasının sədri ilə görüş zamanı iki ölkə arasındakı siyasi və iqtisadi məsələlər müzakirə edilib. Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə aparıldığı vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Hər iki ölkənin parlamentlərarası dostluq qrupunun fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycanlı nazirin Ukraynanın Baş naziri Nikolay Azarovla görüşündə ikitərəfli münasibətlərin müzakirəsi ilə yanaşı, Ukrayna Prezidentinin Azərbaycana səfərindən öncə Azərbaycan - Ukrayna Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi qərara alınıb. Buna əlavə olaraq, iki ölkə arasında kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə biznes forumun və müvafiq sərgilərin keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Xarici işlər naziri Konstantin Qrişenko ilə görüşdə iki ölkə arasındakı siyasi münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə aparıldığı bildirilib. Xarici işlər nazirləri iqtisadi sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın sürətlə genişləndiyini vurğulayıblar. Bununla yanaşı, görüş zamanı humanitar sahədə də münasibətlərin inkişafı məsələsi diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti