Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Səhiyyə Nazirliyi stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə yanvarın 23-də keçirilən növbəti imtahanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, imtahanda iştirak edən 97 həkimdən 96 nəfəri müvəffəqiyyət qazanıb.
Həkimlərdən 11 nəfəri 100 bal toplayaraq ən yüksək nəticəni göstəriblər.
Növbəti imtahanlar martın 2-də mama-ginekologiya və pediatriya ixtisasları üzrə keçiriləcək.
Həkimlərin sertifikasiyası prosesinə bu ilin yanvar ayından başlanılıb.
Nazirlik indiyədək 161 mütəxəssisə sertifikatlar təqdim edib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.