Azərbaycan, Bakı, 25 fevral /Trend/
Trend-in məlumatına görə, cümə günü Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakının Pirşağı qəsəbəsində Fondun təşəbbüsü ilə yenidən qurulmuş 34 nömrəli şəhər ambulatoriyasının açılış mərasimində iştirak edib.
Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim edilib.
Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, 39 otaqdan ibarət səhiyyə müəssisəsində əhaliyə yüksək tibbi xidmət göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Ambulatoriya İtaliya, Türkiyə, Almaniya və Koreya istehsalı olan müasir tibbi avadanlıqla təchiz edilib.
Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə Sabunçu rayonunda inşa edilmiş sosial obyektlərin fotoşəkillərinə baxıb.
Mehriban xanım Əliyeva ambulatoriyanın həyətində inşa olunmuş 14 nömrəli təcili tibbi yardım stansiyasının filialı ilə də
Sonra Heydər Əliyev Fondunun prezidenti Pirşağı qəsəbəsində görüləcək abadlıq-quruculuq işləri ilə bağlı stendə baxıb.
Mehriban xanım Əliyeva ambulatoriyanın kollektivini təbrik edib, tövsiyələrini verib.