...

Azərbaycan və Gürcüstan ekspertləri sərhədlərin demarkasiyası üzrə işləri başa çatdırıblar

Cəmiyyət Materials 3 Mart 2011 16:42 (UTC +04:00)
Azərbaycan və Gürcüstan ekspertləri sərhədlərin demarkasiyası üzrə işləri başa çatdırıblar. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamıDövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Azərbaycan və Gürcüstan ekspertləri sərhədlərin demarkasiyası üzrə işləri başa çatdırıblar

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Gürcüstan ekspertləri sərhədlərin demarkasiyası üzrə işləri başa çatdırıblar. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

"Hazırda biz görülən işlərin ekspertlər səviyyəsində müzakirəsi üçün Gürcüstan tərəfinin dəvətini gözləyirik", - Məmmədov bildirib.

Azərbaycan ilə Gürcüstan arasında ümumi uzunluğu 480 kilometr olan dövlət sərhədinin 180 kilometri indiyədək dəqiqləşdirilməyib.

Gürcüstanla sərhədin razılaşdırılmayan hissəsində yerləşən Keşikçidağ kompleksi ilə bağlı Məmmədov vurğulayıb ki, sərhədlər hansısa tarixi abidələrə görə müəyyənləşdirilməyə bilməz. "Sərhədlər müəyyənləşdirilərkən Sovet İttifaqı dövrünün növbətçi xəritələri nəzərə alınır", - dövlət komitəsinin sədri bildirib.

Gürcülərin David Qareci kompleksi adlandırdıqları Keşikçidağ kompleksini Azərbaycan tarixçiləri Alban mədəniyyətinin abidəsi hesab edirlər.

Xəbər lenti

Xəbər lenti