...

Azərbaycanda ünvanlı dövlət sosial yardımının ödənişində yeniliklər tətbiq olunacaq

Cəmiyyət Materials 3 Mart 2011 18:15 (UTC +04:00)
Azərbaycanda ünvanlı dövlət sosial yardımının ödənişində yeniliklər tətbiq olunacaq.
Azərbaycanda ünvanlı dövlət sosial yardımının ödənişində yeniliklər tətbiq olunacaq

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ünvanlı dövlət sosial yardımının ödənişində yeniliklər tətbiq olunacaq.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cümə axşamı keçirilən müşavirədə nazir Füzuli Ələkbərov ünvanlı dövlət sosial yardımının ödənişində kart sisteminin tam tətbiq edilməsi, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunması barədə tapşırıqlar verilib. Nazir hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi, hər hansı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatında qanunsuzluğa yol verildiyi halda bu barədə dərhal hüquq-muhafizə orqanlarına müraciət olunması barədə ciddi tapşırıqlar verilib.

Nazir Ələkbərov müşavirədə həmçinin ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində şəffaflığın təminatı işlərinin gücləndirilməsini tapşırıb. O, vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanların, qanunsuzluq hallarının aşkar edilərək, hər bir belə halla əlaqədar müvafiq hüquqi ölçü götürülməsinin vacibliyini qeyd edib, iş sahəsində korrupsiya halına, məsuliyyətsizliyə, vətəndaşlara qarşı hörmətsizliyə yol verən əməkdaşlara qarşı ciddi tədbirlər görülməsini tapşırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri müşavirədə iş yerlərində əmək müqavilələrinin bağlanılmasına, qeyri-leqal əmək fəaliyyətinin aşkarlanmasına nəzarətin artırılmasını tapşırıb.

Xəbər lenti

Xəbər lenti